Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İnvestisiya Bankının vitse-prezidenti Laszlo Baranyayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün investisiya imkanlarının müzakirəsi olub.
Nazir qonağı səmimi salamlayaraq bir çox beynəlxalq təşkilatlarla ölkəmiz arasında bir sıra layihələrin həyata keçirilməsi sayəsində sıx əlaqələrin olduğunu bildirib.
Nazir Heydər Əsədov 2015-ci ilin "Kənd təsərrüfi ili" elan olunması, kənd təsərrüfatının inkişafında yeni bir mərhələnin başlanılması, institusional islahatlar və aqrar sahəyə dövlət dəstəyi haqqında ətraflı məlumat verib. Nazir həmçinin əməkdaşlığın iki istiqamətdə inkişafının mümkünlüyünü nəzərə çatdırıb: Kənd təsərrüfatı nazirliyi tərəfindən hazırlanan layihələrə və nazirliyin vasitəsilə özəl sektorun inkişafına dəstək vermək.
Nazir kənd təsərrüfatının gəlirli bir sahə olduğunu nəzərə çatdıraraq bu sahəyə investisiya qoyuluşunu məqsədəmüvafiq hesab etdi və prioritet hesab olunan sahələr, xüsusilə hibrid qarğıdalı toxumunun istehsalı və əhaliyə çatdırılması, özəl sektorda emal müəssisələrinin yaradılması, yeni suvarma sistemləri avadanlıqlarının quraşdırılması, böyük heyvandarlıq komplekslərində süd emalı müəssisələrinin yaradılması və digər təkliflərini irəli sürüb.
Nazir Avropa İnvestisiya Bankı ilə əməkdaşlığa önəm verdiyini, aqrar sahədə yeni layihələrin həyata keçirilməsində nazirliyin maraqlı olduğunu bildirdi və ölkəmizdə bu sahədə əlverişli investisiya mühitinin olduğunu qonağın diqqətinə çatdırıb.
Avropa İnvestisiya Bankının vitse-prezidenti Laszlo Baranyay səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanın bölgədə önəmli bir ölkə olduğunu və kənd təsərrüfatının inkişafı üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırdı, eyni zamanda Avropa İnvestisiya Bankının fəaliyyət istiqamətləri və qonşu ölkələrdə həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.
Laszlo Baranyay ayrılan kreditlərin uzunmüddətli olduğunu, dövlət zəmanətinin tələb olunmadığını bildirərək, yeni layihələrin həyata keçirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB