SOCAR-ın Xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib. Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib. Bildirilib ki, iclasda Proqram çərçivəsində 8-i magistr, 1-i bakalavr və 1-i uzman olmaqla Böyük Britaniya, Almaniya və Türkiyənin universitetlərində təhsil almış 10 məzun komissiya üzvləri qarşısında hesabatla çıxış ediblər. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocağı, eləcə də ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər.
İclasda 2016-2017-cı tədris ili üçün xaricdə təhsillə bağlı Təqaüd Proqramının ixtisas qrupları üzrə kvotalara baxılıb, hüquq, risklərin idarə olunması və mühasibat uçotu ixtisasları Proqrama daxil edilməyib. Qeyd edək ki, 2016-2017-ci tədris ili ərzində SOCAR-ın Xarici Təqaüd Proqramına müraciət edən gənclər kimya mühəndisliyi, inşaat mühəndisliyi, kompüter mühəndisliyi, mexanika mühəndisliyi, geologiya mühəndisliyi, neft-qaz mühəndisliyi və elektroenergetika mühəndisliyi ixtisasları üzrə təqaüd ala biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB