Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-sentyabr ayları ərzində 9 218 km uzunluğunda yeni qaz kəmərləri quraşdırıb. SİA-nın SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 419 km uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-sentyabr ayları ərzində 217 yaşayış məntəqəsinə təbii qaz verilib. Bu ilin oktyabrın 1-nə ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 767 919-a çatıb.
Qeyd edək ki, bu tədbirlər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər), eləcə də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2016-cı illər) çərçivəsində həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB