"AtaBank" ASC Korporativ Sosial Məsuliyyəti layihələri çərçivəsində 2015-ci il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını yerinə yetirib. Buzovna qəsəbəsində 3 saylı uşaq internat-evində Qurban Bayramı günlərində internat evinin şagirdləri üçün müxtəlif viktorina və müsabiqələrlə bayram şənliyi təşkil edilib. Qurban Bayramı tədbirinə bank tərəfindən müğənnilər, klounlar dəvət olunub. İştirak edən gənc iştirakçılar öz rəqs qabiliyyətlərini, mahnı oxumaq, şeir demək bacarıqlarını nümayiş etdiriblər.
Beləcə,bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçiriblər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkilib.
Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqəti və mənəvi qayğısına ehtiyacı olan təbəqəyə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB