Sənədsiz istismar olunan kənd təsərrüfatı sahələrinin qanuniləşdirilməsi əldə olunacaq müvafiq qərara əsasən həyata keçiriləcək. Bununla bağlı SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
O bildirib ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən artıq təkliflər verilib və yaxın günlərdə hökumət tərəfindən məsələ ilə bağlı qərar qəbul ediləcək: "Sənədsiz istismar edilən kənd təsərrüfatı torpaqlarının qanuniləşdirilməsi qəbul olunacaq qərara görə həyata keçiriləcək".
Məsələyə münasibət bildirən hüquqşünas Murtuzəli Abbas bildirib ki, "torpaq və mülkiyyət hüququnun pozulması" ilə bağlı maddə Cinayət Məcəlləsinin 148-ci maddəsində əks olunub: "Əgər torpaq sahibi müvafiq sənədləşmədən keçməyibsə, bu zaman həmin şəxsləri Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb etmək mümkündür. Nəticə etibarilə torpaq əgər dövlət mülkiyyətindədirsə dövlət fonduna, bələdiyyə mülkündədirsə bələdiyyə fonduna qaytarılmalıdır".
Onun fikrinə görə, məsuliyyətə cəlb etmədən öncə daha yaxşı variantlar üstündə düşünmək lazımdır: "Mənim fikrimcə qeyri qanuni istifadə olunan sahələr qanuniləşdirilə bilər. Bu daha ədalətli olardı. Bu qərar bugünkü tələblərimizə daha yaxşı cavab verərdi. Və qanuniləşdirilmiş torpaqlar hesabına həmin şəxslər tərəfindən dövlət və ya bələdiyyə fonduna vergilər daxil ola bilərdi. Bu da aqrar sahənin inkişafı və bu sahəyə dəstək kimi daha məqsədə uyğun addım olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB