Etibarlı bank mühitində qarşılıqlı inama əsaslanan inkişaf
Naxçıvan Muxtar Respublikasında müasir bazar iqtisadiyyatı şəraitində bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı - ayrı sahələrinin maliyələşdirilməsi və inkişaf etdirilməsində bank sektorunun payı böyükdür. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsindən SİA-ya verilən xəbərə görə, dinamik şəkildə artımını davam etdirən bu sahə cari ilin yanvar – avqust ayları ərzində də artımla müşahidə edilib, bu müddət ərzində muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinə 52 milyon 892 min manat kredit qoyulub. Bunlardan 37 milyon 285 min manatı uzun müddətli, 15 milyon 607 min manatı isə qısa müddətlidir.
Muxtar respublika iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının kreditləşdirilməsi özünəməxsus artım payına malikdir. Bu sahədə verilən güzəştli kreditlər istehsalın artımına, istehsal olunmuş məhsulların ixracına , məşğulluğun artırılmasına, muxtar respublikanın aqrar sektorunun və onunla əlaqədar olan digər sahələrin ( yeyinti, yüngül) inkişafına və s. birbaşa və dolayı yolla təsir göstərməkdədir. 2014-cü ilin yanvar-avqust aylarında bu sahəyə yönəldilmiş kreditlərin ümumi həcmi 11 milyon 657 min manat təşkil edirdisə, 2015-ci ilin müvafiq dövründə 24,8 % artımla 14 milyon 552 min manata çatıb.
Kənd təsərrüfatına verilən kreditlərdə heyvandarlıq xüsusi ilə fərqlənmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 % artım göstərib. 01 sentyabr 2015 – ci il tarixə 11 milyon 938 min manat olub. Bundan əlavə arıçılıq və quşçuluq təsərrüfatlarının inkişafı məqsədilə verilmiş kreditlərin həcmində də ötən ilin müvafiq dövrü ilə müqayisədə artımlar müşahidə olunub. Belə ki, müvafiq olaraq bu sahələrə 467 min 700 manat və 592 min 500 manat kredit resursu cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB