Son vaxtlar dəmir yolunun lokomotiv parkının və vaqon parkının, eləcə də texniki vasitələrin yenilənməsi istiqamətində mühüm addımlar atılır. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu günlərdə yük daşımalarında istifadə olunacaq sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınıb, onlardan 2-si Azərbaycana gətirilib. Həmin elektrovozlar elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilib. Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, rəqabət gücünün artırılmasına təkan verir. Məlumdur ki, bu il avqust ayının 3-də Çin Xalq Respublikasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gəlib. Gələcəkdə konteyner daşımalarının artması proqnozlaşdırılır. Məhz bu səbəbdən konteyner daşımalarında istifadə olunan texniki vasitələrin yenilənməsinə ehtiyac yaranıb. Bu gün Bakı şəhər yük stansiyasına İsveçdə istehsal olunmuş "Valmet" markalı 45 tonluq konteyneryükləyici kran gətirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB