Nadir Əzməmmədov: “Qatarın Siyəzənə hərəkət etməsi həqiqətə uyğun deyil" AÇIQLAMA
20 sentyabr 2015-ci il tarixində sosial şəbəkələrdə "Yolu səhv saldı, Siyəzənə getdik..." başlıqlı yazı geniş müzakirələrə səbəb olub. Bununla bağlı "Azərbaycan Dəmir Yolları "Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov SİA-ya açıqlama verib. Onun sözlərinə görə, sürətin daha da artırılması məqsədilə sentyabrın 19 və 20-də Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bəzi profilaktik işlərin görülməsi ilə əlaqədar dəyişikliklər edilib və qatarlar Baş Sumqayıt stansiyasına daxil olaraq hərəkət istiqamətini dəyişib, Sumqayıt sərnişin stansiyasına hərəkət ediblər: "Qatarın Siyəzənə hərəkət etməsi həqiqətə uyğun deyil. Sərnişinlərin rahat getməsi uçün 396 oturacaq yeri var. Nəzərə alsaq ki, 19 sentyabr tarixində gün ərzində hər reysə 100-150 bilet satışı olduğu təqdirdə ayaq üstə gedənlərin olması da inandırıcı deyil.
Qatarları idarə edən maşinistlər böyük təcrübəyə malikdirlər. Onlar "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş qatarları idarə etmək üçün xüsusi hazırlıq keçiblər.
İstənilən mətbuat orqanı dəmir yolu kimi spesifik bir sahədən səriştəsiz, bu sahəyə bələdçiliyi olmayanların yazı hazırlamasına imkan verməməlidir. Dəmir yolunda bir çox irihəcmli layihələr icra olunmaqdadır. Belə insanların yazdıqları "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB