SOCAR prezidenti: “Azərbaycan Avropa şirkətləri ilə danışığa hazırdır" AÇIQLAMA

SOCAR prezidenti: “Azərbaycan Avropa şirkətləri ilə danışığa hazırdır" AÇIQLAMA

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qaz şəbəkəsinin operatoru - DESFA dövlət şirkətinin özəlləşdirilmə prosesi çərçivəsində 16% səhminin Avropa şirkətlərinə satılması ilə bağlı danışıqlar aparmağa hazırdır". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası razılaşma ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə