"Azərbaycan ən əlverişli şərtlərlə ÜTT-yə üzv olacaq" AÇIQLAMA
"Azərbaycan ən əlverişli şərtlərlə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəyir". Bu sözləri SİA-ya İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov deyib.
İqtisadçı-ekspert Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma məsələsində tərəddüd etməsinə münasibət bildirib.
V.Bayramov qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla, həmçinin Ümumdünya Ticarət Təşkilatı ilə əlaqələrini genişləndirməkdə maraqlıdır: "Artıq Qazaxıstan ÜTT-yə üzv olmaq haqda qərar qəbul edib. Məhz buna görə də, Azərbaycanın ÜTT-yə üzv olma məsələsi yenidən gündəmə gəlib. Azərbaycanın ÜTT ilə danışıqları daha da aktivləşdirəcəyi güman olunur".
Ekspert Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulmaqda müəyyən qədər tərəddüd etməsini obyektiv səbəblərə bağlayıb: "Azərbaycan çalışır ki, üzvlüyünü öz maraqlarına uyğun həyata keçirsin. Çünki Azərbaycan ÜTT-yə üzv olduqdan sonra ortaya müəyyən problemlər çıxa bilər. Bunlara ölkə daxili bazarın qorunması və vergilərlə bağlı bir sıra məsələlər aiddir. Bu məsələlərə diqqət yetirilməsə ölkəyə daxil olan vəsaitdə azalmalar müşahidə edilə bilər. Ölkəyə daxil olan məhsullara görə daha az vergi verilərsə və bu zaman yerli məhsulların rəqabətli mühitinə tab gətirə bilməsi baxımından müəyyən çətinliklər yaranır. Həmçinin aqrar sektorun qorunması ilə bağlı da ölkə maraqları nəzərə alınmalıdır. Məsələn ÜTT Azərbaycana 5 faizlik subsidiya təklif edir lakin Azərbaycan 10 faizlik subsidiya divarı istəyir. Azərbaycan əlverişli və daha yüngül şərtlərlə, həmçinin inkişaf etməkdə olan bir dövlət kimi ÜTT-yə üzv olmağa çalışır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB