Rusiyanın "Qazprom" şirkəti və Azərbaycan müqavilə imzaladı
Rusiyanın nəhəng qaz şirkəti "Qazprom" və Azərbaycanın metanol şirkəti "AzMeCo" yeni enerji razılaşması imzalıyıblar. SİA "Sputniknews"-a istinadən xəbər verir ki, razılaşmaya görə şirkət hər il Azərbaycana 2 milyard kubmetr qaz göndərəcək.
Razılaşmanın orta müddətli olduğu bildirilib. Təbii qazın daşınması birbaşa "Qazprom" şirkəti tərəfindən Azərbaycanın "Qaradağ" metanol zavoduna göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB