Sentyabrın 10-da Qusar rayonunun Suduroba kəndinə ilk dəfə təbii qaz verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, 68 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 4 min 270 metr uzunluğunda müxtəlif diametrli polietilen və 5 min 801 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 68 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İctimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB