Ekspert: “Neftin qiyməti 20 dollara da düşsə, Azərbaycan iqtisadiyyatını heç bir təhlükə gözləmir” AÇIQLAMA!
"Neftin qiyməti 20 dollara da düşsə, Azərbaycan iqtisadiyyatını heç bir təhlükə gözləmir. Çünki ölkəmizin iqtisadiyyatı təkcə neftdən, büdcəmiz isə neft gəlirlərindən asılı deyil. Həmçinin Azərbaycan sərmayə yatıran dövlətdir".
Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib.
Onun sözlərinə görə, Ümumi Daxili Məhsul (ÜDM) təxminən 6 faiz artıb: "Qeyri-neft iqtisadiyyatı üzrə isə bu rəqəm 9 faizdən çoxdur. Yoxsulluğun səviyyəsi artıq sıfıra yaxınlaşır. Ölkəmiz sərmayə qoyulan dövlətdən sərmayə qoyan dövlətə çevrilib. Bütün məhsulları özümüz istehsal edirik, istər yeyinti, ərzaq, kənd təsərrüfatı, istərsə də digər texniki avadanlıqları özümüz istehsal edirik. Azərbaycan məhsulları xarici bazarlara çıxarılır, bu məhsullar yüksək standartlara cavab verdiyi üçün həmişə də tələbatı var".
Ekspert Azərbaycanın hərbi gücündən də danışıb: "Azərbaycan ordusunun gücü beynəlxalq təşkilatların hazırladığı hesabatlarda öz əksini tapır. Həmin hesabatlarda açıq şəkildə etiraf olunur ki, Azərbaycan ordusu ilə Ermənistan ordusunu müqayisə etmək sadəcə ağılsızlıqdır. Bizim hərbi büdcəmiz ilbəil artır, Ermənistanın isə ümumilikdə dövlət büdcəsi hər gün itki verir. Çünki orada möhkəm iqtisadi prinsiplər yoxdur. Ən əsası təxribatçı dövlətin güclənməsi də çətin olur. Ermənistan ona görə rəzil vəziyyətdədir ki, Azərbaycan bu ölkəni bütün layihələrdən təcrid edib. Regionda baş verən hər hansı müsbət tendensiyadan Ermənistan qətiyyən yararlana bilmir və işğalçılıq siyasətindən əl çəkməyənə qədər belə də olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB