Quyu istismara verildi

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı 11-ci özüldən 345 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, quyu "SOCAR AQŞ" Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılıb.

Quyu qazlift üsulu ilə məhsul verib, 3 144-3 138 metr intervaldan sutkalıq 150 min kubmetr qaz və 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "28 May" adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə