3870-dək sahibkara 138,4 milyon manat güzəştli kredit

3870-dək sahibkara 138,4 milyon manat güzəştli kredit

2015-ci ilin ötən dövründə respublika üzrə 3870-dək sahibkara 138,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.

"Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11 min 200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 442 milyon manat güzəştli kredit verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kreditlər hesabına 36 mindən çox yeni iş yeri yaradılıb. İndiyədək verilmiş kreditlərin 11,6 milyon manatı Sabirabad rayonunun payına düşür", - deyə Ş.Abdullayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə