Rusiyanın ən böyük neft şirkəti olan "Lukoil"un baş köməkçisi Leonid Fedun neft qiymətlərinin gələn həftə pilləli şəkildə qalxacağını bildirib. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, o bildirib ki, gələn həftə qiymətlərdə müəyyən dərəcədə artım olacaq. Bununla yanaşı ABŞ-ın qazma neft sayının statistikasına diqqət yetirmək lazım olduğunu qeyd edib.
O bildirib ki, bir çox mütəxəssislərin fikrinə görə ilin ikinci yarısından bəzi faktorlar neft qiymətlərinə təsir edəcək. O, "OPEC" və ABŞ arasında gedən qiymət mübarizəsinin Səudiyyə Ərəbistan xaric bütün ölkələrə baha başa gəldiyini vurğulayıb: "İraqda neftin bir bareli 50-58 dollar səviyyəsindədir. Küveytdə 54 dollar səviyyəsindədir. Səudiyyə Ərəbistan isə bareli 90 dollara satarkən, indi 30 dollara belə satsa yenə də buna dözə biləcək gücdədir".
Fedun hazırda Amerikanın müstəqil şirkətlərinin vəziyyətinin olduqca ağır olduğunu söyləyib: "Kiçik şirkətlər bazarından çəkildiyi zaman neft qiymətlərini eyni səviyyədə saxlamaq mənasız olacaq. Bu zaman dərhal neft qiymətlərində ən uyğun səviyyə tətbiq ediləcək".
Leonid Fedun bütün bu proseslərin 4-cü rübə təsadüf edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB