"Hazırda Bakı-Tiflis-Ərzurum qaz boru xəttində təmir işləri gedir". Bu sözləri SİA-ya açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev deyib.
Onun sözlərinə görə, hadisədən sonra kəmərin nə vaxt təmiri ilə bağlı Türkiyə tərəfindən məlumat alınıb və 4-5 gün içərisində təmir ediləcəyi bildirilib: "Kəmərin qorunmasına görə tranzit ölkələr özləri məsuliyyət daşıyır. Hadisə baş verən vaxt Türkiyə ilə əlaqə saxladıq və 4-5 gün içərisində boru xəttinin təmir olunacağını bildirdilər. Kəmərin Türkiyə hissəsinin qorunması bu ölkəyə baxır. Onun bizə aidiyyatı yoxdur. Kəmərin Gürcüstandan keçən hissəsini Gürcüstan hökumətinin özü qoruyur. Yəni, kəmər hansı ölkədən keçirsə, həmin ölkə kəmərin qorunması üçün məsuliyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB