Lənkəran rayonunda yaşayış məntəqələrinin qazlaşdırılması işi uğurla davam etdirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, son 2 ildə rayon üzrə bu sahədə ciddi irəliləyişlər əldə olunub, vətəndaşlara göstərilən xidmətin keyfiyyəti və həcmi yaxşılaşdırılıb.
Lənkəran qaz istismar şöbəsinin xidmət rəisi Azad Babayevin sözlərinə görə, hal-hazırda Lənkəran rayonu üzrə yaşayış məntəqələrinin 63,4%-i qazlaşdırılıb. 2014-cü illə müqayisədə qazlaşma işi 21,4% artıb. 2015-ci il ərzində 5 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Cari ilin ilk yarımilində Lənkəran rayonunda 11 ədəd yeni qaz tənzimləyici şkaf quraşdırılıb. Əhaliyə 4 milyon 243 min 428 manat dəyərində təbii qaz verilib ki, bunun da 90,5%- ödənişi əhali tərəfindən təmin edilib. Rayonun Vilvan kəndində isə köhnə qaz xətləri yenisi ilə əvəzlənərək bir pilləli yeni sistemə qoşulub.
Hazırda rayonun 2 yaşayış məntəqəsində-Zövlə və Tükəvilə kəndlərinin qazlaşdırılması işi davam etdirilir.
Xidmət rəisi deyir ki, ümumilikdə rayon üzrə 38 min 586 abonent mavi yanacaqla təmin olunub ki, bu da ümumi abonentlərin 81 faizi deməkdir.
Məlumat üçün bildirək ki, Lənkəran Rayon Qaz İstismar İdarəsi rayonun 59 yaşayış məntəqəsində 38 min 586 əhali abonentə, 240 qeyri-əhali obyektinə xidmət göstərir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB