Benzinin qiyməti düşəcək? AÇIQLAMA

Benzinin qiyməti düşəcək? AÇIQLAMA

"Neftin qiyməti kəskin səviyyədə düşərsə, benzinin qiyməti də ucuzlaşa bilər". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi benzinin qiymətinə təsir edən amildir: "Benzin istehsalında əsas maddə neftdir. Ona görə də neftin qiymətinin aşağı düşməsi, birmənalı şəkildə benzinin qiymətinə təsir göstərir. Azərbaycan neft istehsal edən ölkədir və neft məhsullarının satışından gəlir əldə edir. Burada benzinin qiymətinin müəyyən olunmasında alıcı sayı nəzərə alınmalıdır. İndiki məqamda Azərbaycanda satılan neftin qiyməti dünya bazarındakı neftin qiymətindən ucuzdur. Gələcəkdə benzinin qiymətinə baxılması və müəyyən dərəcədə qiymətin aşağı salınması mümkündür. Əgər dünya bazarındakı neftin qiyməti kəskin şəkildə düşərsə, bu zaman benzinin qiymətində ucuzlaşma halının müşahidə edə bilərik. Amma hələ ki, benzinin qiymətinə baxılması və qiymətlərin aşağı salınması ilə bağlı qərar gözlənilmir. Güman edirəm ki, ilkin məqamda belə bir ucuzlaşma gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə