Yunanıstanda Çipras başçılıq etdiyi SYRIZA Partiyasının Avropalı təşkilatlarla yenidən müqavilə bağlaması partiya içərisində bölünmələrə səbəb olmaqla SYRIZA-ANEL koalisiya hökumətinin də sonunu gətirmiş oldu. SİA-nın xarici mətbuata itinadən verdiyi xəbərə görə, Yunanıstanda təqdim edilən qurtuluş anlaşmalarını rədd edərək fərqli bir iqtisadi siyasət vədi ilə iqtidara gələn Aleksis Çiprasın başçılıq etdiyi Radikal Sol Koalisiyasının (SYRIZA) Avropalı təşkilatlarla yeni bir razılaşma imzalaması, partiya içərisində bölünmələrə səbəb olub. Belə ki, bu vəziyyət SYRIZA-ANEL hökumətinə də son verib. Yunanıstanın ehtiyacı olan nağd axışının yenidən təmin edilməsi ilə bağlı Avropalı kredit quruluşları ilə davam etdirdiyi 6 aylıq müzakirələrdə sərt hərəkətlər edərək Avropalıların reaksiyasına səbəb olan keçmiş Maliyyə naziri Yanis Varufakis Baş nazir Çiprasın qərarı ilə vəzifəsindən uzaqlaşdırılmışdı. Bundan sonra SYRIZA içərisində baş göstərən etirazlar, hökumətin kreditorların yeni kredit qarşılığında önə sürdüyü yeni şərtləri qəbul etməsi ilə daha da artıb.
Qeyd edək ki, SYRIZA içərisində "Sol Platforma" olaraq adlandırılan bir qrup millətvəkili partiyanın proqramı düzgün istifadə etmədiyini irəli sürərək hökumətin Avropalı təşkilatlarla razılaşmasına qarşı çıxıb. Lakin "Üçüncü Qurtuluş Paketi" adı ilə məclisə gətirilən qanun layihələri Avropa tərəfdarı olan müxalifət partiyalarının dəstəyi ilə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB