Qara dənizdə gəmilərimizin sayı 4 oldu

Qara dənizdə gəmilərimizin sayı 4 oldu

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Qara dəniz hövzəsində quru yüklərin daşınması ilə məşğul olan gəmilərin sayını 4-ə çatdırıb. SİA-nın QSC-nin saytına istinadən verdiyi xəbərə görə, 3000 ton yükgötürmə qabiliyyətinə malik "Teymur Əhmədov" gəmisi Rusiyanın daxili sularından keçərək Qara dənizə çıxacaq. Bununla da Qara dəniz - Aralıq dənizi hövzəsində üzən Azərbaycan gəmilərinin sayı 4-ə çatacaq.

Xatırladaq ki, "Teymur Əhmədov" gəmisindən başqa, Qara dənizdə "Qaradağ", "Natavan" və "Üzeyir Hacıbəyov" gəmiləri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə