Dövlət Proqramına əsasən paytaxtın Suraxanı rayonunun Bülbülə və Zığ qəsəbələri ərazisindəki göllərin təmizlənməsinə və ətraflarının abadlaşdırılmasına başlanılıb. Rayon icra hakimiyyətindən bildirilib ki, Suraxanı rayonu Bakının sənaye, xüsusi ilə də neft sənayesi inkişaf etmiş rayonlarından biri olduğundan burada ekoloji məsələlərin həlli vacib əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, sözügedən proqram çərçivəsində rayonun müvafiq müəssisələri tərəfindən lay suları və neftlə çirklənmiş 5,47 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub. Ümumi sahəsi 4,13 hektar olan müxtəlif ölçülü 18 gölməçə qurudulub. Eyni zamanda, 30 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənərək, neft kollektorları təmir olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci "Ümumrespublika Yaşıllaşdırma marafonu" çərçivəsində cari ildə də ağacəkmə kampaniyası davam etdirilib. Rayonun idarə və müəssisələrinin iştirakı ilə iməclik keçirilərək 7,4 mindən artıq ağac əkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB