Bu yağlardan istifadə etməyin! FOTOLAR

Bu yağlardan istifadə etməyin! FOTOLAR

Azad İstehlakçılar Birliyi (AİB) istehlak bazarı ilə əlaqədar olaraq mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən Birliyin sədri Eyyub Hüseynov ölkəmizdə satışa çıxarılan saxta məhsullar haqqında məlumat verib.

Qurumun apardığı araşdırmalar zamanı Azərbaycanda satılan bitki yağlarının qida normalarına cavab vermədiyini deyən E. Hüseynov insanları həmin yağlardan istifadə etməməyə səsləyib: "Araşdırmalarımız zamanı "Zolotaya semeçka" bitki yağlarında turşuluğun normadan artıq olduğu aşkarlandı. Bundan başqa, Azərbaycanda istehlak olunan "Fazil" firmasına məxsus yağlar da həqiqəti əks etdirmir. Çünki, "100 faiz təbii və kərə yağı" sözləri yazılan məhsullar üzərində aparılan ekspertiza zamanı, onların tərkibində cəmi 10 faiz yağın olduğu müşahidə olunub. İstehsal olunan yağın üzərinə həkk olunmuş inək şəkilləri isə insanları aldatma cəhdi kimi qiymətləndirilir".

Azad İstehlakçılar Birliyinin sədri, istehlakçıların şikayətləri ilə bağlı dövlət orqanlarına müraciət olunduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə