Dünyanın iqtisadi böyüməsini hesablayan "Fitch Ratings" Avro Bölgəsinin iqtisadi artımı ilə bağlı məlumat yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qurum Avro Bölgəsindəki iqtisadi böyümənin 2015-2017-ci illərdə 1,6 faizə yüksələcəyini ifadə edib. "Fitch Ratings" iqtisadi böyümə ilə bağlı yayımladığı açıqlamasında bu cümlələrə yer verib: "Avro Bölgəsində ikinci yarımildə müşahidə edilən iqtisadi böyümə valyuta birliyi üçün müsbət dəyərləndirilə bilər. Nəzərdə tutduğumuz qısa müddətdə vəd edilən makroiqtisadi inkişaf müşahidə olunur".
Avro Bölgəsində artım nisbətinin son bir neçə rübdə yüksəlişə meylli olması müşahidə olunur. Avro Bölgəsində 2014-cü ildəki 0,9 faiz iqtisadi böyümənin, 2015-2017-ci illərdə təxminən 1,6 faizə yüksəlməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB