“Goldman Sachs” "SOCAR"a ortaq oldu

“Goldman Sachs” "SOCAR"a ortaq oldu

"SOCAR Türkiyə" prezidenti Kənan Yavuz dünyanın ən qabaqcıl investisiya banklarından olan "Goldman Sachs"ın SOCAR-a ortaq olduğunu açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyəyə 1.3 milyard dollar ödəyən bank, "SOCAR Türkiyə"nin 13 faizlik hissəsinə sahib olub. Kənan Yavuz əldə edilən tərəfdaşlığın Türkiyəyə qarşı inamın yüksək olduğunu bir daha sübut etdiyini qeyd edib. Bundan başqa, əldə edilən maliyyə ilə Petkimin özəlləşdirilməsi prosesində geridə qalan borcun ödəniləcəyini vurğulayıb: ""Əldə edilən anlaşma ilə Petkimin özəlləşdirilməsi layihəsində geridə qalan təxminən 1 milyard dollar borcumuzu vaxtından əvvəl ödəmək fürsətini əldə etdik".

Qeyd edək ki, SOCAR Türkiyə hissə satışından sonra Türkiyədə borcu olmayan bir şirkət olacaq. Həmçinin, dünya birjalarında sabit və güclü şirkət imicini nümayiş etdirmiş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə