Azərbaycanda bu ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, ölkədə hesabat dövründə 937,2 milyon manatlıq informasiya və rabitə xidməti göstərilib.
İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,6 faiz düşüb.
Yeddi ay ərzində xidmətlərdən qazanılan gəlirin 53,9 faizi, yəni 505,2 milyon manatı mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB