İqtisadçı bank problemlərindən danışdı

İqtisadçı bank problemlərindən danışdı
"Regionlarda və rayonlarda bank filialları və bankomatların sayının aşağı olması əhalinin gündəlik tələbatında çətinliklər yaradır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bank və bankomatların sayının az olması ilə bağlı danışarkən deyib.

O bildirib ki, filiallarının yaradılması əlavə xərc tələb etdiyi üçün banklar üçün bunun yaradılması əlverişli deyil: "İndiki bank sistemindəki spesifik vəziyyəti də nəzərə alsaq, hələ bundan sonra bankların regionlardakı filiallarının sayında azalma müşahidə edə bilərik. O ki qaldı bankomatlara onların çox olması daha düzgündür. Əhalinin böyük bir qismi maaş və pensiyaları məhz bankomatlar vasitəsilə alır. Belə olan təqdirdə, bankomatların sayının çox olması insanların gündəlik təlabatında mühüm əhəmiyyət kəsb edir. Amma bəzən banklar buna buna ciddi maraq göstərmirlər. Regionlarda iqtisadi aktivlik, əhali sıxlığı Bakı və Abşeronla müqayisədə xeyli aşağıdır. Bankların regionda fəaliyyət göstərməsi və ciddi gəlir əldə etməsi imkanları məhduddur. Bunu nəzərə alaraq banklar iqtisadi cəhətdən əlavə xərclərdən qaçmaq üçün şəbəkələrini regionlarda deyil, Abşeronda və Bakıda genişləndirməyə üstünlük verirlər. Sumqayıt, Gəncə və s. bu kimi şəhərlərdə vəziyyət digər bölgələrə nisbətən daha yaxşıdır. Yaxşı olardı ki, Mərkəzi Bank bununla bağlı qərar qəbul etsin. Bu zaman müəyyən dərəcədə normal və yaxşılaşmaya doğru müəyyən addımlar görmək mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə