"e-Hökumət" portalında xidmətlərin sayı azalıb

"e-Hökumət" portalında xidmətlərin sayı azalıb

Bu ilin iyul ayında Azərbaycanda "Elektron hökumət" portalına 874,1 min daxilolma qeydə alınıb. SİA-nın bu haqda məlumat "e-Hökumət" portalının iyul bülletenində bildirilir.

Portala müraciət edənlərin ümumi sayı iyulda 319,7 min nəfər olub. Onlardan 25,6%-ni yeni istifadəçilər, 74,4%-ni isə təkrar müraciət edənlər təşkil edib. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parolu alan istifadəçilərin sayı 266,5 minə çatıb. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 409 olub.

Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin iyulun 31-nə qədər portala ümumilikdə 8,204 mln.-a yaxın daxilolma qeydə alınıb.

Qeyd edək ki, iyun hesabatına görə, portal üzərindən təqdim edilən xidmətlərin sayı 421 olub. Məlumat Hesablama Mərkəzindən verilən məlumata əsasən, iyul ayındakı azalmaya səbəb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunmasıdır. Buna görə də qurumun xidmətləri portaldan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə