Qayıdış qəsəbələrinə ilk dəfə təbii qaz verilib

Qayıdış qəsəbələrinə ilk dəfə təbii qaz verilib

İyulun 28-də Füzuli rayonunun Qayıdış-6 və Qayıdış-7 qəsəbələrinə ilk dəfə olaraq təbii qaz verilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 405 abonenti olan rayonun Qayıdış-6 və Qayıdış-7 qəsəbələrinin ilk dəfə qazlaşdırılması münasibətilə keçirilən tədbirdə qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan "Azəriqaz" İB tərəfindən birpilləli sistem əsasında ümumi uzunluğu 13 min 225 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkildiyi, 405 ədəd sayğac və fərdi tənzimləyicinin quraşdırıldığı qeyd edilib.

Qəsəbə sakinləri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə