Beynəlxalq Banka yeni rəhbər təyin edildi

Beynəlxalq Banka yeni rəhbər təyin edildi

Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. SİA-nın xəbərinə görə, yeni vəzifəyə Yadigar Cəfərli təyin edilib.

Xatırladaq ki, Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"ın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev olub. O, bu gün istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə