“Türk Axını” layihəsində Rusiyaya təzyiq

“Türk Axını” layihəsində Rusiyaya təzyiq

Türk Axını layihəsində Rusiyanın Türkiyəni keçid ölkəsi olaraq istifadə etmək istəməsi, təbii qazın qiymətində endirim məsələsini gündəmə gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türk Axını xəttinin Türkiyədəki sistemə daxil edilməsi məsələsi hələ də razılaşdırıla bilmir. Çünki, burada bəzi anlaşılmazlıqlar mövcuddur. Belə ki, Rusiya prezidenti Vladimir Putinin keçən ilin dekabr ayındakı Türkiyə səfərindən bu günə qədər layihə ilə bağlı aparılan danışıqlarda, hələ də irəliləmə qeydə alınmayıb. Ruslar qaz satışında Türkiyənin istədiyi endirim tələbini hələ də qəbul etmir. Bu məsələ layihədə hər hansı irəliləmənin əldə edilməməsinin səbəblərindən biri olaraq göstərilir. Təbii qaz idxalında Rusiyanın ən böyük ikinci müştərisi mövqeyindəki Türkiyə, qlobal bazarlarda təbii qaza azalan tələbi və neftin qiymətindəki enişi səbəb göstərərək idxal zamanı qiymətdə endirim tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə