Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov iyul ayının 24-da saat 11:00-da Qusar rayonunda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri ilə görüşəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (050-636-09-09) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB