RYTN 90 yeni iş yeri açılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə bu ilin birinci yarısında 90 yeni iş yeri açılıb və orta aylıq əməkhaqqı 385,7 manat təşkil edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı 752,7 manat, o cümlədən telekommunikasiya sahəsində 849 manat, poçt sahəsində isə 249,9 manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə