"Gəncə Dövlət Aqrar Universiteti tamamilə təmir olunur və iki yataqxana tikilir". Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfat naziri Heydər Əsədov söyləyib.
Nazir abituriyentlərə müraciət edərək bildirib ki, universitetin institut laboratoriya, maddi texniki bazası, texniki imkanları tamamilə yenidən qurulur: "Sentyabr ayına bir yataqxana, gələn il isə digər yataqxana tələbələrin ixtiyarına veriləcək. Tələbələr üçün bütün şəraiti qurmağa hazırıq. Ona görə də mən abituriyentlərə söyləmək istəyirəm ki, artıq bizim universitetlərə daxil olsun, kənd təsərrüfatı ixtisasına yiyələnsinlər. Bu ixtisas ən ehtiyac duyulan ixtisas olacaq. Bir neçə ildən sonra baytarlıq və digər kənd təsərrüfatı ixtisasını bitirən tələbələrə tələbat və onların maaşları hətta informasiya və texnologiyalar sahəsində çalışan insanların maaşlarından yüksək olacaq. Savadlı abituriyentlərin nəzərinə çatdırıram ki, 2-3 ildən sonra bu universitetə daxil olmaq çətin olacaq. Hətta xahiş edəcəyəm ki, bu universitetin balını qaldırsınlar. Hələ ki, sözügedən ixtisasa yiyələnməyə imkan var. Diqqətə çatdırıram ki, bu sahə daha da inkişaf edəcək, modelləşəcək, beynəlxalq tələblərə uyğunlaşacaq. Sonda onu da deyim ki, kənd təsərrüfatı sahəsində yetərincə iş yerlərimiz də var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB