BANM-in tələbələri “Azərikimya”da ödənişli əsaslarla təcrübə keçirlər
Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində "Azərkimya" İstehsalat Birliyində təcrübə keçirlər. "Azərkimya" İstehsalat Birliyinindən bildirilib ki, tələbələrdən 18 nəfəri 2 ay müddətində ödənişli əsaslarla təcrübə keçəcəklər. Belə ki, "Azərkimya" həmin tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlayacaq və onlar iki ay müddətində maaşla təmin olunacaqlar.
Qeyd edək ki, təcrübə başlamazdan əvvəl " Azərikimya"nin və Bakı Ali Neft Məktəbinin rəhbərliyi tələbələrlə görüşüb, onlartın suallarını çavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB