Bütün məhkumlara amnistiya verildi Şimali Koreyada

Bütün məhkumlara amnistiya verildi Şimali Koreyada

Şimali Koreya hökuməti bu ölkədə bütün məhbuslara amnistiya elan edib. Bu haqda Şimali Koreyanın rəsmi dövlət agentliyi "KCNA" məlumat yayıb.

Pxenyan bu qərarı ölkə müstəqilliyinin 70 illiyi ilə bağlı verib. Amnistya cinayət törətmiş bütün məhbuslara, o cümlədən siyasi dustaqlara da aid olunacaq. Şimali Koreyada məhbusların sayı dəqiq bəlli olmasa da, ancaq bir sıra beynəlxalq hüquq təşkilatları onların sayının 200 min nəfərə yaxın olduğu qənaətindədir.

Qeyd etmək lazımdır ki, Şimali Koreya 1910-cu ildən 1945-ci ilə kimi Yaponiyanın müstəmləkəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə