Heydər Əliyev adına NEZ-dən tullantılar daşınır

Heydər Əliyev adına NEZ-dən tullantılar daşınır

Heydər Əliyev adına Neft Emalı Zavodunda sağlam ekoloji mühitin yaradılması məqsədi ilə mühüm tədbirlər həyata keçirilir. SOCAR-dan SİA-ya verilən xəbərə görə, istehsalat fəaliyyəti nəticəsində yaranan zərərli maddələrin utilizasiyasına ciddi nəzarət edilir. İstehsalat sahələrində olan bütün növ tullantılarla əlaqədar risklər təyin edilərək nəzarətdə saxlanılır. SOCAR-ın Ekologiya idarəsi ilə zavod arasında baglanmış müqavilə əsasında tullantılar "Tullantı Mərkəzi"nə çatdırılır. Cari ilin 6 ayı ərzində 10,908 tonluq tullantı Qaradağ "Tullantı Mərkəzi"nə təhvil verilmişdir. İstehsalatda formalaşan tullantılar zavodun ərazilərində xüsusi ayrılmış konteynerlərdə saxlanılır. Təyinatı rəng koduna uyğun olaraq Azərbaycan və ingilis dillərində yazılan 150 konteyner ərazinin müxtəlif yerlərinə qoyulub. Təkrar emalı mümkün olmayan məişət tullantıları, plastik, şüşə və taxta tullantılar, yağlı tullantılar xüsusi qablara yığılır və müəssisə ərazisində müvəqqəti saxlanılır, sonra isə ərazidən kənarlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə