Vergi daxilolmaları haqqında məlumat AÇIQLANDI

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olub
Vergi daxilolmaları haqqında məlumat AÇIQLANDI

2015-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olub ki, bununla da proqnoz tapşırığına 100,8 faiz əməl edilib. Bu barədə SİA-ya Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Qeyd olunub ki, qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə