Qırğızıstan "Azerspace-1"ə maraq göstərir

Qırğızıstan "Azerspace-1"ə maraq göstərir

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC və Qırğızıstanın İctimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb. SİA-nın xəbərinə görə, müqaviləyə əsasən, Qırğızıstanın İctimai Televiziya kanalı olan KTRK kanalı "Azerspace-1" peykinin resurslarından istifadə etməyə başlayıb. Bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından Azərkosmos üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki,Qırğızıstanın digər kanalları da "Azerspace-1" peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün danışıqlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə