Mərkəzi Bankdan yeni bülleten

Mərkəzi Bankın elektron nəşri olan "Tədqiqat bülleteni"nin 2015-ci il üzrə ilk nömrəsi hazırlanıb və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib. Bankdan SİA-ya verilən xəbərə görə, bülletendə dünya iqtisadiyyatında baş verən proseslər və gözləntilərin icmalı verilmiş və qlobal bazarlarda vəziyyət əks olunub.

Bülletendə həmçinin, inflyasiya üzrə beynəlxalq proqnozlaşdırma təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri verilib.

Bülletenin maliyyə savadlılığı bölməsində maliyyə savadlılığına dair Mərkəzi Bank tərəfindən görülən işlər əks olunub.

Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə