"Neft Daşları" yatağındakı 2585 nömrəli meydançadan 2594 nömrəli quyuda qazma işlərinə başlanılıb. SOCAR-dan SİA-ya verilən xəbərə görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2330 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB