"Qlobal maliyyə böhranından sonra Avrozonada yaşanmış böhran bu gün də Yunanıstanda davam edir". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev söyləyib.
İqtisadçı bildirib ki, son dövrlər Yunanıstan Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinin tələblərinə "Yox" deyir: "Bu gün Yunanıstan öz imkanları, maliyyə vəziyyətindən çıxış edir ki, bu da ölkədəki işsizlik, həmçinin maliyyə durumunun aşağı səviyyədə olduğunu aydın görürük. Bütün bunlara baxmayaraq, bizim Avropa Birliyinə inanmamağımız və ya inamımızın itməsi fikrini də söyləmək düzgün olmazdı. Avropa Birliyinin iqtisadi mərkəzi Almaniya sayılır. Almaniya da bir növ Avropa Birliyinin iqtisadi baxımdan lokomotiv rolunu oynayır. Hazırda Almaniyanın iqtisadiyyatı olduqca güclü, işsizlik səviyyəsi aşağıdır. Bir sözlə Yunanıstanda baş verən proseslər özü-özlüyündə həmin ölkənin müstəqil maliyyə siyasəti yeritməyindən irəli gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB