Dünya bazarlarında neftin qiyməti yenidən düşüb. SİA-nın məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenə ucuzlaşma qeydə alınıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,48% azalaraq 55,52 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2,82% ucuzlaşaraq 60,32 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB