İyunda 10 km qazma işi aparılıb

Bu ilin iyun ayı ərzində Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)9 518 metr qazma işi həyata keçirib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, görülən işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə 53 436 metr qazma işi görülüb ki, bunun da 52 436 metri istismara, 1 000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə