Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 3 nömrəli dərin dəniz özülündən 122 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Quyu məhsuldar qatın IX horizontundan qazlift üsulu ilə məhsul vermiş, 2 756-2 726 metr intervaldan gündəlik 48 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB