Bu gün Bakıda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi Şurasının sədri, Moldava Sənayeçiləri və Sahibkarları Milli Konqresinin prezidenti Vasili Tarlev ASK-nin təşkilatçılığını yüksək qiymətləndirib.
O bildirib ki, son illərdə dünyada baş verən iqtisadi inkişaf templərinin gücləndiyi bir vaxtda belə bir konfransın keçirilməsi vacib amildir: "Azərbaycan sürətlə inkişaf edir. Özəl sektorun yüksəlişi ilə əlaqədar, sahibkarlar təşkilatları ilə hakimiyyət orqanları arasında dialoq təcrübəsinin öyrənilməsində maraqlıyıq. Bu tədbir tərəflər arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək".
Azərbaycan İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov da ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verib: "Hazırda ölkədə ÜDM-nin 83 faizdən çoxu özəl sektorun payına düşür. Qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolun getdikcə artır. Sahibkarlığın inkişafında iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, onlar arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi böyük əhəmiyyət kəsb edir".
ASK-nin prezidenti Məmməd Musayev Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi ilə qurum arasındakı qarşılıqlı əməkdaşlıq sayəsində həyata keçirilən tədbirlər barədə danışıb: "Konfederasiya sahibkar, dövlət orqanları və yerli qurumlarla birgə iş görür. Biz həm də beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyümüzü bundan sonra da məmnuniyyətlə davam etdirəcəyik".
Çıxışlardan sonra müasir dövrdə Konqresin fəaliyyətinin bəzi aktual məsələləri, milli ittifaq və birliklərlə qarşılıqlı fəaliyyəti, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bigə fəaliyyəti və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi 1992-ci ildə yaradılıb, bu gün də üzv ölkələrin təmsil edən müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB