Neftin bugünkü qiyməti

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,03 dollar və ya 0,05% ucuzlaşaraq 56,93 dollar təşkil edib. SİA-nın məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,10% yaxud 0,06 dollar irəliləyərək 62,07 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 65 dollar/barel olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə