2015-ci ilin iyun ayı ərzində 2 milyon 797 min 573 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 841 min 720 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 milyon 510 min 833 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 276 milyon 449 min 923 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB