Qeydiyyatdan keçməyən radioelektron vasitələri aşkarlanıb

Qeydiyyatdan keçməyən radioelektron vasitələri aşkarlanıb

Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və Efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən bu ilin 6 ayı ərzində iş planına və DRİ-yə daxil olan müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 245 akt tərtib edilib. Dövlət Radiotezliklər İdarəsindən SİA-ya verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 108 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 48 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib, 18 ədədinin isə qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 12 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə