İlham Şaban: “Qiymətlərin azaldılması təkcə Ukraynaya yönəlik deyil” AÇIQLAMA
"Rusiya qaz nəql etdiyi ölkələrə rüblüyün dəyişməsi ilə əlaqədar olaraq qiymət dəyişikliyi edir". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. O qeyd edib ki, Rusiyanın Ukraynaya nəql etdiyi qazın qiymətini aşağı salması mövsümi xarakter daşıyır: "Hər ilin 3-cü rübündə Rusiya qazın qiymətində dəyişiklik edir. Bu vəziyyət mövsümi xarakter daşıyır. Ukraynaya nəql olunan qazın qiymətinə edilən dəyişiklik hər hansı siyasi və ya iqtisadi amil daşımır. Hər il Rusiyanın nəql etdiyi qazın qiymətində bu mövsümdə dəyişiklik olur. "Qazprom Export"un rəhbəri Ukrayna tərəfi ilə görüşü zamanı qeyd etdi ki, son qiymət 247 dollar olacaq. Qiymətlərin azaldılması təkcə Ukraynaya yönəlik deyil. Bu, bütün ölkələr üçün atılan bir addımdır. Qazın nəqlində adətən 3-cü rüb qiymətlərin düşməsi müşahidə olunur. Çünki, qaza olan tələbat azalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB